Art
"Jara 2019" Beynəlxalq Musiqi Festivalında dördüncü gün - FOTO/VİDEO
“Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.
Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb. Leyla Əliyeva “Jara” festivalının tamaşaçılara əsl bayram ab-havası yaşatdığını söyləyib. “Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə və isti münasibətlər – bütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbəti “Jara”da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram”, - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.
Xalq artisti Emin Ağalarov festivalın sonuncu günü səhnəyə məşhur gənc musiqiçilərin çıxacağını söyləyib və onların ifalarının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. O vurğulayıb ki, festivalın sonuncu günü çox təmtəraqlı keçir. Bu gün festivalın ən hərarətli günüdür. “Bütün iştirakçılara təşəkkürümü bildirirəm və hər kəsi doğma “Jara” festivalında görməkdən çox şadam. Bugünkü konserti Timati bağlayacaq. Bu da çox möhtəşəm olacaq”, - deyə Emin Ağalarov qeyd edib.
Sonra məşhur ifaçılar və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro da qırmızı xalıdan keçərək fikirlərini jurnalistlərlə bölüşüb, bugünkü konsertdə ifaların əsl bayram əhval-ruhiyyəsi yaradacağını qeyd ediblər. Onlar, həmçinin konsertə böyük həvəslə hazırlaşdıqlarını söyləyiblər.
Konsert proqramında Emin Ağalarov, Qriqori Leps, Loboda, Jiqan, Mari Kraymbreri, Molly, Alexander Panayotov, HammAli & Navai, Cygo, Rauf & Faik, Zomb, Nyuşa, Slava, Lyubov Uspenskaya, Rasa, Elvin Grey, Ellai, Aysel Məmmədova, MOT, Nazima, Ternovoy, Asammuell, Babək Məmmədrzayev, Səmra Rəhimli, Doni, Fika, İsaya, Evqeniy Mayer, Serebro, Tereza, Velvet, Klava Koka, MBand, Mişa Marvin, Julia Kovalçuk, Jony, Elman, Andro, Natan, Gemini, Alessandro Safina, Cosmos Qızlar, Anna Sedokova, Timur Rodriguez, Timati iştirak edib.
Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir.
Festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb.
Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp





























.jpg)
.jpg)





