Art
“Jara-2019” Beynəlxalq Musiqi Festivalı başa çatdı - FOTO
Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində iyulun 25-dən start götürən “Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
Publika.az xəbər verir ki, festivalın sonuncu gecəsində dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edilib.
Musiqili gecədə məşhur estrada ulduzları və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro bir-birindən maraqlı mahnılarla çıxış ediblər.
Festival estrada ulduzlarının səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıq ilə yekunlaşıb.
“Jara 2019” Beynəlxalq Musiqi Festivalında dörd gün ərzində əsl bayram ab-havası yaşanıb. İki yüzdən çox məşhur estrada ulduzunun iştirak etdiyi budəfəki festival həm də yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalıb.
Artıq dördüncü ildir keçirilən festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp





























.jpg)
.jpg)





