Art
Qarabağ icması Üzeyir Hacıbəyov haqqında VİDEOÇARX hazırladı
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar mlli musiqimizin banisi Üzeyir Hacıbəyov həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.
İcmadan Publika.az-a verilən məlumata görə, videoçarxda Üzeyir Hacıbyəyovun keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur.
Qısametrajlı filmdə Üzeyir Hacıbəyovun Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərildiyindən bəhs olunur. Videoda qeyd olunub ki, Ü.Hacıbəyov orada bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Ü.Hacıbəyova xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Ü.Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur. Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən video çarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir Hacıbəyovun evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən güllə-boran edildiyi də qeyd olunub.
Həmçinin, filmdə sovet dövründə erməni millətçiləri tərəfindən Üzeyir Hacıbəyovun həyatına təhlükənin davam etdirildiyi nümayiş olunub. Belə ki, 1947-ci ildə Üzeyir Hacıbəyovun səhhəti daha da ağırlaşır. Onu Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp





























.jpg)
.jpg)





