Art
“Çapar” mükafatı təqdim edildi - FOTO
2 Fevral “Gənclər günü”ndə “Çapar” tarix jurnalı bir yaşını qeyd edib. Tədbirdə “Çapar”ın Azərbaycan Cümhuriyyətinin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasının 100 illiyinə ithaf edilmiş özəl sayının və “Çapar Sport” jurnalının ilk sayının təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində “Çapar”ın Baş redaktoru Dilqəm Əhmədin Cümhuriyyət sərgisi keçirilib, “Çapar” nəşrlərindən çıxan 4 yeni kitab ictimaiyyətə təqdim edilib.
Tədbirdə Londondakı Azərbaycan Evinin direktoru Əli Təkin Atalar, millət vəkili Fazil Mustafa, tanınmış alimlər – Ədalət Tahirzadə, Firdovsiyyə Əhmədova, Nəsiman Yaqublu, Nazim Mustafa, Bədirxan Əhmədov, Əli Şamil, Əkrəm Bağırov və b. iştirak ediblər.
“Çapar”ın 1 yaşı münasibətilə təsis edilən “Çapar” mükafatı Azərbaycan mədəniyyətini Avropada təbliğinə görə Ə.T.Atalara, Azərbaycan Cümhuriyyəti dövrü təhsil tarixinin araşdırılmasına görə Ədalət Tahirzadəyə, Azərbaycanın orta əsrlər tarixinin tədqiqinə görə Əkbər Nəcəfə, Qarabağ həqiqətlərinin təbliğinə görə Kamran Ağayevə təqdim edilib.
Tədbirin sonunda “Çapar” nəşrlərindən çap olunan Ədalət Tahirzadənin “Azərbaycan Cümhuriyyəti: İlk milli dövlətimizin gerçək adı!”, Əkbər Nəcəfin “Azərbaycan Səlcuqları: Yaqutilər (1043-1103)”, Dilqəm Əhmədin “Mühacirlərin mirası” kitablarının imza mərasimi keçirilib.
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama






.jpg)



.jpg)

























.jpg)

