Art
Prodüser Fəttah Heydərovla bağlı xatirəsini bölüşdü: "O, heç kimin gözləmədiyi halda..."
Bu gün səhər saatlarında vəfat edən millət vəkili Fəttah Heydərovu illər öncə verilişimizə dəvət etmişdim, gəlmişdi. Daha sonra başqa kanalda olan verilişimizə də gəldi.
Publika.az xəbər verir ki, bu sözləri prodüser, ARB telekanalının əməkdaşı Vasif Ayan qeyd edib.
O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovla bağlı maraqlı xatirəsini bölüşüb:
“Fəttah müəllimdən başqa Fidan və Xuraman Qasımova bacılarını, Faiq Ağayev, Bilal Əliyevi də dəvət etmişdim. Veriliş bitəndən sonra xatirə şəkli çəkildi. Fəttah müəllim qəfil dedi ki, indi isə məni bu operatorlarla çəkin, istəyirəm, onlarla şəklim olsun.
Hamımız çaşıb qaldıq. Operatorlar nədənsə həmişə diqqətdən kənarda qalırlar deyə, Fəttah müəllimin bu xüsusi münasibəti təqdirəlayiq idi. Operatorlar da təəccüb içində idilər. Şəkil çəkiləndən sonra aparıcı ilə mən Fəttah müəllimi yola salmağa çıxdıq. Çox böyük diqqətlə hər ikimizə təşəkkür etdi. Sonra mənim əlimi sıxıb, “nəyə ehtiyacın var, nə köməklik edə bilərəm sənin üçün?” dedi. Vallah, elə mən də təəccüb içində idim.
Sadə adam idi. Sadəcə əlini sıxıb, təşəkkür etdim. Amma inanırsınız ki, o bunu sözgəlişi demədi?! Bir neçə dəfə gözümün içinə baxaraq səmimiyyətlə təklif etdi. Hər dəfə də heç bir şeyə ehtiyacım olmadığını bildirdim”.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov ötən gecə 82 yaşında dünyasını dəyişib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
