Art
Prezident zəng etdi, Fərəh Əliyeva evinə getdi...
Dünən prezidentin tapşırığı ilə şöbə müdiri Fərəh xanım Əliyeva evimizə gəlmişdi. “İstiqlal” ordenini də şəxsən təqdim etdi.
Bunu Kult.az-a açıqlamasında xalq şairi Fikrət Qoca 85 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin ona telefon zəngindən və “İstiqlal” ordeni ilə təltif etməsindən danışarkən deyib. Xalq şairi yubileyinin keçirilməyəcəyini də bildirib:
“Yubileyimin keçirilməsi indiki dönəmdə nəyə lazımdır?! Xəstəlik baş alıb gedir. Camaat pandemiyadan əziyyət çəkir. Belə bir məqamda yubileydən danışmaq olmaz. Bu, mənim üçün ayıb olar. Bundan artıq dövlət mənə nə diqqət göstərməlidir?! Ən çətin zamanda unutmadılar”.
Yubliyar onu da vurğulayıb ki, ölkə rəhbərinin işinin həddən artıq çox olduğu bir vaxtda ona zəng etməsinə təccüblənib:
“Cənab Prezidentin belə bir ağır vaxtda zəng etməsi, təbriklərini çatdırması məni təccübləndirdi. Bilirəm ki, bu saat onun işi həddən artıq çoxdur. Ölkə başçısı telefon zəngində mənim yaradıcılığıma münasibətini bildirdi. Mən də cənab Prezidentə diqqətinə görə təşəkkür etdim. Ad günümdə göstərdiyi diqqət mənim üçün böyük dəyərdir.
Mən nə etmişəmsə, vicdan borcu bilib etmişəm. Dövlət də məni buna görə mükafatlandırır. Ölkə başçısının mənə olan diqqəti onun şəxsiyyətinin, təbiətinin genişliyini göstərir. O, yuxarıdan baxsa da, bütöv təbiətin içində tikanı da görür, gülü də, boynubükük bənövşəni də. Bu, xüsusi bir istedaddır. Hər adama qismət olmur. O, Ulu önədərin oğludur”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





