Art
ƏSA Teatrı 4 yaşında - VİDEO
Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı bu gün 4 yaşını qeyd edir. Əlilliyi olan və olmayan aktyorlardan ibarət ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. ƏSA Teatrı yarandığı gündən bu günədək – 4 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib.
Publika.az xəbər verir ki, gənc olmasına baxmayaraq, ƏSA Teatrı U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin əsərləri olmaqla 7 tamaşa və üç perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.
2020-ci ilin mart ayından etibarən COVİD19 pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edildiyindən, ƏSA Teatrı cari teatr mövsümündə tamaşalarını virtual şəkildə nümayiş etdirib. Bu nümayişlər tamaşaçılar tərəfindən böyük diqqətlə qarşılanıb və sevilərək izlənilib. Hazırda ƏSA Teatrı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında eyniadlı tamaşa hazırlayır. Həmçinin qeyd edək ki, yeni teatr mövsümündə tamaşaçılara onlayn şəkildə bir çox layihələr təqdim olunacaq.
Bu gün 4 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 4-cü ad günündə ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və inklüziv teatrın özünün binasının olmasıdır.
Teatrın 4 illik fəaliyyəti ilə bağlı videoçarxı təqdim edirik:
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
