Art
Türkiyə nəşrinin Axundzadə haqda xüsusi buraxılışı
Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 143-cü il dönümü ərəfəsində Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi - “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində dərginin Mirzə Fətəli Axundzadə sayı işıq üzü görüb.
Publika.az xəbər verir ki, xüsusi buraxılış Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Mirzə Fətəli Axundzadə haqda fikirləri ilə bağlayır.
Dərginin 116-cı xüsusi buraxılışında xalq yazıçısı Anarın, millət vəkili Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, f.f.e.d. Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tiflisdəki ev muzeylərindən geniş foto-materiallar, habelə Bakıda şairin adının əbədiləşdirilidiyi abidələr və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş, dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.
“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” (Şərqin Volteri - Mirzə Fətəli Axundzadə) yazısını millət vəkili, Cavanşir Feyziyev bu sözlərlə bitirir: “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.
Xüsusi buraxılışı nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin kordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.
Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Və Mirzə Fətəli Axundzadənin çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.
Qeyd edək ki, layihə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə həyata keçiririlir. Layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunuş xüsusi sayları işıq üzü görüb.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)



















