Art
“O, sənət deyil, “xaltura”dır” – Rasim Balayev yeni filmlərdən DANIŞDI
“Həkimlər deyir ki, bayıra çıxmayın. Mən də evdə oturmuşam. Yaradıcılıqla bağlı yenilik yoxdur. Hər kəs dayanıb. Hamısı pandemiyaya görədir. Teatr və kino da işləmir”.
Bunu Publika.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, yeni filmlər çəkilir, amma o, həmin filmlərin çəkilişlərinə getmir. Rasim Balayev "Fəryad 2" filminin çəkilişlərinə niyə getmədiyini də açıqlayıb:
“Bilirlər ki, gəlməyəcəyəm, ona görə də dəvət etmirlər. Ona görə ki, o, sənət deyil, “xaltura”dır. Məhz ona görə getmirəm. Qarabağ məsələsi ilə bağlı hələ ki, filmlər çəkilmir, hələ çəkməyə hazırlaşırlar. Müharibə mövzusunda iştirak edənlərin əksəriyyəti cavanlardır. Orada yaşlı adam yoxdur axı, mən də yaşlı adamam. Doğrudur, orada yaşlı adam da ola bilər, amma əsasən müharibə mövzulu filmlərin personajları cavan adamlar olur. Ona görə də mənim həmin filmlərdə bu yaşda iştirakım real görünmür. Açığı, təklif də yoxdur”.
Rasim Balayev post-sovet məkanındakı ölkələrin kino sənayesini Azərbaycandakı bu sahədəki durumla da müqayisə edib:
“Heç post-sovet məkanı ölkələrindən də film təklifləri gəlmir. İndi hərə öz canının hayındadır. Elə bilirsiniz, orada kinonun vəziyyəti bizimkindən fərqlidir?! Hamısında belədir, bizimki kimidir. Hərdən zəng edib danışırıq, post-sovet məkanında da vəziyyət ürəkaçan deyil. Doğrudur, bəzisində bir az yaxşıdır, bəzisində babatdır. Ümumi götürəndə, bizim kinonun vəziyyəti hər yerdə necədirsə, bizdə də o cürdür”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
