Art
Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir
Bu gün bizim üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günü Milli Musiqi Günü kimi qeyd edirik. Çox sevinirik ki, bu əlamətdar günü qeyd edərkən Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandanımız və müzəffər ordumuz bizə bu sevinci bəxş edib. Şuşamıza ruhumuzu və mədəniyyətimizi qaytarmışıq.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Milli Musiqi Günü eyni zamanda Şuşada qeyd edilir:
"Görkəmli şəxsiyyətin və digər qarabağlı mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır ki, onlar öz mədəniyyətlərinə, torpaqlarına qovuşublar.
Ənənəvi olaraq beynəlxalq Üzeyir Hacıbəyli festivalı keçirilir və bu il də o ənənəyə sadiq qalaraq, sentyabrn 18-dən 24-nə qədər ölkəmizin müxtəlif şəhərlərində - Şuşada, Gəncədə, Ağdamda Milli Musiqi Günü ilə bağlı tədbirlər keçiriləcək.
Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını, onun yaratdığı ölməz əsərləri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbliğ edəcəyik.”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
