Art
Mədəniyyət Nazirliyi abidələrin ucaldılması qaydasını açıqladı
"Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır".
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
"Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.
Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.
Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir", - nazirlikdən qeyd olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
