Art
Türk dünyasının opera sənətçiləri bir araya gəldi - FOTO/VİDEO
TürKSOY və Bilkənt Simfonik Orkestrinin təşkilatçılığı ilə türk dövlətlərinin müstəqilliyinin 30 illiyi münasibətilə türk dünyasının opera sənətçiləri bir araya gəlib.
Publika.az xəbər verir ki, Fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasının Bilkənt Simfonik Orkestrindəki quruluşunu Azərbaycanın xalq artsisti drijor Elşad Bağırov verib.
Tamaşaçılar Bulkənt Universitetinin Odeon səhnəsində türkdilli ölkələrin tannmış opera ustaları - Özbəkistandan Firuzə Yusupova, Türkiyədən Ayxan Uştuk, Başqırdıstandan Əlfiyə Kərimova və Rəsul Jarmaqambetovun ifalarını dinləyiblər. Tamaşanın şərh bölümünü isə türkiyəli Didəm Aygün səsləndirib.
Odeon səhnəsində 3 min insanın tamaşa etdiyi “Karmen” operasının sonunda sənətçilərə TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakçı, Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın Ankaradakı səfirliklərinin əməkdaşları, digər diplomatik korpusların rəhbərləri gül dəstələri təqdim etməklə təşəkkürlərini bildiriblər.
Konsertin drijoru Elşad Bağırov pandemiya dönəmindən sonra ilk konsertin Bilkənt Opera Sənətçiləri və Türkdilli ölkələrin tanınmış artistləri ilə başlamasının sevindirici bir hal olduğunu söylədi. Türkdilli ölkələrin sənətçiləri konsertdən sonra dirijor Elşad Bağırova yaxınlaşaraq ona öz minnətdarlıqlarını bildirdilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
