Art
ƏSA Teatrından növbəti uğur - FOTO
ƏSA Teatrının xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə və bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf etdiyi “Qonşu” film-tamaşası Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) qalibi olub.
Publika.az xəbər verir ki, 11 dövlət teatrı, 6 özəl teatr, 5 müstəqil sənətçinin (22 tamaşa) iştirak etdiyi festivalın 5 noyabrda baş tutan təntənəli bağlanış mərasimində birinci yerin qalibi elan olunub.
Mükafatı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib.
Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və 1500 AZN pul mükafatına layiq görülüb.
N.Qulamzadə çıxış edərək yüksək etimada görə təşəkkürünü çatdırıb. Daha sonra tamaşaçılar “Qonşu” tamaşasını izləyiblər.
Film-tamaşanın prodüseri Nicat Qulam, bəstəkarı Vüqar Babayev, quruluşçu operatoru Sübhan Quluzadə, işıq rəssamı Anar Dadaşovdur. Rolları teatrın aktyorları Elvin Şahmərdan, Səmayə Ağayarova, Elşən Əsgərov, Günay Məmmədova, İmran Lalayev, Lalə Süleymanova və Raul Həsən canlandırıblar.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan “Qonşu” film-tamaşasının ictimaiyyətə təqdimatı tezliklə baş tutacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
