Art
Dünyanın ilk heyvan xəstəxanası - FOTO
İlk göyərçin yuvaları 800 il bundan əvvəl qayalarda olub. Yazılı mənbələrdə Mesopotamiyada quş evlərinin olması qeyd edilir. Daha sonra müxtəlif ölkələrdə və mədəniyyətlərdə quş sarayları görünür.
Publika.az xəbər verir ki, bir sıra tədqiqatçılar bu quş evlərini daha yüksək şüur səviyyəsinin göstəricisi kimi təsvir edirlər.
Qüllə formalı göyərçinxanalar Helenistik və Roma dövrlərində tikilib. Quş evlərinə Türküstandakı Aslan Baba türbəsi, Pakistandakı Lahor qalası, Hindistandakı Aqra qalası, Qırmızı qala və Tac Mahalda və Anadolu torpaqlarında rast gəlmək mümkündür.
Dünyanın ayrı-ayrı ölkələrində insanlar quşlar üçün yuvalar qurublar. Ancaq Anadoludakı quş evləri onlardan fərqlidir. Quşlara sığınacaq üçün hazırlanan bu yuvalar həm də binaların arxitekturasına uyğun miniatürlərlə işlənib.
Buna görə də Anadoluda belə quş yuvaları və ya evləri çox quş sarayı adlandırılır.
Səsi Avropaya kimi gedib çıxan könül işləri...
Ötən əsrin əvvəllərində Anadoluya gələn Qərb səyyahları və diplomatları burada heyvanlara, xüsusən də quşlara qayğıdan təsirləniblər.
İtaliya yazıçısı Edmondo Amicis öz xatirələrində İstanbulda sultanların və ayrı-ayrı şəxslərin bəslədikləri saysız-hesabsız göyərçinlərin olduğunu, türklərin quşları qoruduğunu yazıblar.
Alman marşalı Helmut von Moltke İstanbulda Üsküdarda pişiklər üçün xəstəxana və Bəyazid tərəflərdə göyərçinlər üçün qurulan yuvalardan bəhs edib. Fransa səyyahı Jan de Tevenoheyrətlə yazıb ki, bəzi insanlar bazarlara gedərək satılan quşları alır və onları azad edərək səmaya buraxırlar.
Quş evlərinin ilk nümunələrinə 13-cü əsrdə Səlcuqlar dövrü tikililərində rast gəlinir. Yazılı mənbələrdə quş evinin müəyyən edildiyi ilk tikili kimi Sivasdakı Şifaiyə mədrəsəsindən bəhs edilir. Osmanlı imperatorluğu dövründə quşlar üçün yuva qurmaq, ev tikmək geniş yayılmağa başlayıb.
Xüsusilə, dövrün paytaxtı İstanbul saray, məscid, mədrəsə, meyxana və hamam, körpü, sinaqoq, fəvvarələr, ev, bir sözlə, insanlar üçün tikilən hər binada qurulan quş yuvalarına rast gəlinir.
Bu evlər quşların özlərini təhlükəsiz hiss edəcəkləri və sərt hava şəraitindən qoruyacağı fasadlarda tikilib. Günəşin yandırmadığı, küləyin sorurmadığı, soyuğun dondurmadığı pəncərə və dam altları quşlar üçün ayrılırdı.
Quş evləri üzərində yerləşdiyi bina ilə eyni memarlıq xüsusiyyətlərinə malik idi.
Dünyanın ilk heyvan xəstəxanası...
Hətta Bursada elə bir tikili var ki, dünyada tayı-bərabəri yoxdur. 19-cu əsrdə leyləklər üçün tikilmiş bu bina dünyanın ilk heyvan xəstəxanası kimi tanınır. Türkiyə ədəbiyyatının tanınmış qələm sahibi Əhməd Haşim yazıb: “Bilmirəm, Bursaya səfər edərkən görmüsünüz? Həffaflar bazarının ortasında bir meydan var. Ora əlil heyvanların hospitalıdır. Qanadı və ayağı qırılmış leyləklər, qarğalar xalqın sayəsində yaşayır burada”.
Qurabahanei-Ləkləkan adlanan bu binada uzun illər leyləklər və qanadları sınmış köçəri quşlar saxlanılıb, sonra havaya buraxılıb. 2010-cu ildə bu yer yenidən açılıb və bu dəfə sahibsiz heyvanların xidmətinə verilib.
İncə sənətkarlığın və estetikanın əksi olan, yüz illər əvvəllər qurulmuş bu quş evləri heç bir qarşılıq gözləmədən bir varlığı qoruyan insan mərhəmətinin göstəricisidir. Türkiyənin dəyərli memarı Cengiz Bektaş “Quş evləri: cümlədən yaradılmış sevgi rəmzləri” adlı kitabında quş evlərinin yoxa çıxmasını ictimai dəyərlərin fərqliliyi, mərhəmət hissinin azalması, adət-ənənələrin unudulması və hümanizmin zəifləməsi ilə əlaqələndirir.
Tural Turan
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi















.jpg)


.jpg)





















