Art
Nemanzadənin arxivi Tarix Muzeyinə verildi
Ömər Faiq Nemanzadəyə məxsus materiallar Tarix Muzeyinə verilib.
Publika.az xəbər verir ki, məşhur pedaqoq, ədib, publisist Ömər Faiq Nemanzadənin nəvəsi Fuad İsgəndər Pepinov və nəticəsi Ülviyyə Pepinova Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Müəssisənin rəhbərliyi ilə görüş zamanı Ö.F.Nemanzadəyə və ailəsinə, Azərbaycan təhsil tarixinə aid 30-dan çox qiymətli fotoşəkil onun varisləri tərəfindən muzeyə hədiyyə edilib.
Bildirilib ki, həmin materialların kataloq şəklində çap edilməsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, bu il Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 illiyi tamam olur.
O, Azərbaycan tarixində “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi, “Qeyrət” mətbəəsinin sahibi, milli ictimai fikrin görkəmli nümayəndəsi kimi tanınır.
Tural Turan
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi







.jpg)












.jpg)


















