Art
Behrudidən qalmaqallı şeirlə bağlı AÇIQLAMA: “Ateist deyiləm...”
Türk dünyasının tanınmış şairi Rüstəm Behrudinin “Allahı inkar edən” şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Şairi dəstəkləyənlər olsa da, o daha çox tənqidlərə məruz qalıb.
Bu barədə Publika.az-a açıqlama verən Rüstəm Behrudi bildirib ki, o həmişə Tanrıya inanıb və ateist deyil:
“Birincisi, bu şeiri mən yox, Cavid İsmayıl paylaşıb. İkincisi, mən ateist deyiləm, Tanrıya inanan və həmişə ona can atan adam olmuşam. Üstəlik, o şeir tam paylaşılmayıb. Mən orada deyirəm ki:
Dərdimə bax, gülür ahı,
Gir könlümə, gör Allahı.
Hamının tək bir Allahı,
Hər kəsin öz şeytanı var.
Yəni mənim kimi bütün ömrü boyu Tanrıya can atan bir adam Tanrısız, Yaradansız ola bilməz. Sadəcə olaraq şeir yarımçıq paylaşıldığı üçün insanlar o cür başa düşüblər"
Şair bildirib ki, o şeirə qiymət verən adamlar gərək həmin şeirin səviyyəsində olsunlar:
"Hay-küy salan oxucular ömürlərində nə bir dəfə kitab açıblar, nə də Qurani-Kərim oxuyublar. Allahın harada olduğunu, Ona haradan yol getdiyini bilmirlər. Sadəcə olaraq həmişə Allahın “müdafiəçiləri” kimi cahillər, heç nədən xəbəri olmayan adamlar çıxış ediblər. Əgər o Allah böyükdürsə, onun müdafiəçilərə ehtiyacı yoxdur. Həyatda əllərindən heç bir şey gəlməyənlər, uğursuz adamlar Allahı müdafiə edirlər. Mən həmin şeirdə qeyd etmişəm ki, 1400 ildir ki, kitab yoxdur. Baxın, dünya gizli və mübhəm bir yerdir. Həmişə gizli görünənlər suallar doğurur və suallara cavablar axtarılır. Mən buna işarə etmişəm. Hər şey bu qədər bəsitdir”.
Tural Turan
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı









.jpg)
.jpg)
.jpg)








.jpg)

















