Art
Azərbaycanda uşaqlar üçün İLK - VİDEO
Dekabrın 29-da Azərbaycan kinoteatrlarında Zaur Tahirsoyun ssenari müəllifliyi, Zəhra Tahirsoyun isə rejissorluğu ilə çəkilən "Möcüzələr Akademiyası" filmi nümayişə çıxarılacaq.
Publika.az xəbər verir ki, "Möcüzələr Akademiyası" macəra və komediya janrında olan uşaq kinosudur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Uşaq Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib.
Ekran işində Azərbaycan Film Akademiyası aktyor və aktrisalarından Həyat Məlikova, Nərmin Əhməd, Tamilla Həsənova, Nicat Əkrəm, Vüsal Dastan, Anar Əli, Həlimə Həsənli rol alıblar. Uşaq obrazlarını isə Azərbaycan Film Akademiyasının uşaq aktyorluq məktəbinin balaca aktyorları canlandırıb.
Ssenarist qeyd eidb ki, bu, onun həyat yoldaşı ilə birgə layihəsidir və əsas məqsəd ölkəmizdə uşaq filmlərinin inkişafına yol açmaqdır: "Azərbaycanda uşaq kinolarının inkişafının məsuliyyəti də onun çiyinlərində olacaq... Mən də öz növbəmdə ona hər zaman dəstək olmağa çalışacağam!".

Film nağıllar aləminin mənfi personajlarının xeyirlə mübarizəsindən yorulduğundan bəhs edir. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar. Onlar bilirdilər ki, dünya ölümlüdür və dünyada xeyir hər zaman qəlib gəlmir. Cəfər düşünürdü ki, uşaqlar daha zəifdilər onlara asanlıqla qalib gələcəklər. Odur ki, müxtəlif sehrli güclərdən istifadə edərək onları dünyaya uşaq kimi göndərəcəkdilər. Nəhayət dünyaya bir portal açdılar. Portal Azərbaycan Film Akademiyasının teatr səhnəsinə açılır. Çünki tez-tez bu səhnədə nağıl qəhrəmanlarının hekayələri canlandırılırdı. Mənfi nağıl personajları ilə uşaqlar arasında güclü mübarizə başlayır. Görək dünyada kim qalib gələcək...
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































