Art
Rəsulzadə haqqında çəkilən filmin təqdimatı oldu - FOTO
Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub.
Publika.az xəbər verir ki, “Park Cinema” kinoteatrında keçirilən tədbirdə Azərbaycan ziyalıları, tarixçilər, media və sənət nümayəndələri iştirak edib.
Böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səslənib. Tamaşaçılar qarşısında çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə böyük şəxsiyyətə və onun ailəsinə göstərilən dərin məhəbbət üçün təşəkkür edib: “Sizin isti münasibətiniz, Rəsulzadə fəaliyyətini, ailəsini ürəkdən qəbul etdiyiniz hər an hiss olunur. Rəsulzadəyə, tariximizə olan böyük məhəbbətiniz üçün təşəkkür edirəm. Filmin yaradıcı heyətinə bu diqqət üçün minnətdaram. Arzu edirəm ki, “Yüz ilin sirləri” olaraq yolunuza davam edib, bundan sonra da tariximizin bilinməyən səhifələrini üzə çıxararsınız”.
Layihənin müəllifi AZTV-də yayımlanan “Yüz ilin sirləri” verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə isə çıxışında “mən bu gün bir daha əmin oldum ki, Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Hər birinizə təşəkkür edirəm” - deyə bildirib.
Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb. Filmdə yerli və əcnəbi tədqiqatçıların müsahibələri, Rəsulzadəyə, ailəsinə məxsus arxiv sənədlər, foto və video görüntülər nümayiş olunur.
Qeyd edək ki, “Park Cinema” kinoteatrlar şəbəkəsində təqdim olunan film ilk olaraq 2 günlük nəzərdə tutulsa da, tamaşaçıların istəyi ilə nümayiş fevralın 8-dək uzadılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































