Art
"Bunları eşidəndə bədənim əsirdi" - Afaq Bəşirqızı
"Xocalı hadisəsi hər birimizin beyninə və ürəyinə saplanan bir zərbədir, sağalmaz yaradır. Xocalı faciəsindən neçə il keçməsinin əhəmiyyəti yoxdur, bu yara hələ də qanayır. Biz bunun unudulmasına heç vaxt icazə verməyəcəyik. Çünki əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı tutduğu bu mövqe, bu qətliamlar bir Xocalı ilə bitmir. Amma o vaxt beynəlmiləl, beynəlxalq sakit, dost, bir-birini sevən xalq sözləri ilə bizim xalqımızın yarısını sildikləri kimi bu yaraları da beynimizdən silməyə çalışıblar".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Xocalı soyqırımı ilə bağlı fikirlərində qeyd edib. Aktrisa faciə ilə bağlı fikirlərinə belə davam edib:
"Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünün başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, niyə belə deyir. Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir. Mən bu faciəni bütün nəslimə, övladlarıma ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutmayaq, unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik.
Allah müharibədə canını verən qocalarımız, cavanlarımız, gəlinlərimiz, qardaşlarımız, körpələrimizə qəni-qəni rəhmət eləsin. Hər dəfə Xocalı hadisəsi gələndə mən heç vaxt yaddan çıxarmıram, Xocalı hava limanının rəisi bir tək yalın əllə, bir tapança ilə vuruşdu və qəhrəmancasına həlak oldu. Orada canını qoyan bütün oğullarımıza söz verməliyik ki, hələ bu 44 günlük müharibədə sizin tam qanınızı ala bilməmişik, hələ sizin qanınızı yerdə qoymamaq bizim boynumuzun borcudu. Allah o günləri bizə nəsib etsin.
Bizim indi bir-birimizi deyil, düşmənləri mühakimə etmək vaxtımızdır. İndi bizim bir mühakiməmiz və bir mübarizəmiz olmalıdı, o da düşmənə qarşı". (Axsam.az)
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






.jpg)
.jpg)

.jpg)




























