Art
Alim Qasımov və Cenk Erdoğanın konserti baş tutdu - FOTOLAR
Heydər Əliyev Mərkəzində "Glovent.az" şirkətinin təşkilatçılığı ilə xalq artisti Alim Qasımov və Cenk Erdoğanın "Ruhların dilə gəlməsi" adlı konserti baş tutub.
Publika.az xəbər verir ki, Alim Qasımov anşlaqla keçən konsert proqramında muğam dəstgahları, təsniflər, xalq və bəstəkar mahnılarını səsləndirib Xalq artisti konsertdə qızı xanəndə Fərqanə Qasımovanı 30 illik səhnə fəaliyyəti ilə bağlı təbrik edib.
O, qızını səhnəyə dəvət edərək 30 il öncə dekabrın 6-sı tarixində Fransanın Kann şəhərində konsert verdiyini xatırladıb: "Kağızda fransızca "qızım səhnəyə gəlsin" deyə yazmışdım, onu dedim, Fərqanə gəldi və konsert coşdu. 30 il sonra eyni tarixdə qızımı səhnəyə dəvət edirəm".
Alim Qasımov Fərqanə Qasımova ilə birgə duet ifa ediblər.
Konsertdə Qremmi mükafatı laureatı Cenk Ərdoğan da əsərlərini səsləndirib.
Türkiyəli musiqiçi uzun zamandır muğama aşiq musiqi adamı kimi Alim Qasımovla eyni səhnəni paylaşmağın onun üçün fəxr olduğunu deyib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















.jpg)





.jpg)














