Avropa
Avropa BİR-BİRİNƏ DƏYİR - Polis və məktəb şagirdləri ÜSYANA QALXDI - - FOTO
Fransa prezidenti Emmanuel Makron və hökumətinin təhsil siyasətini protest edən məktəb şagirdləri yenidən Paris küçələrinə axışıb.
Publika.az xəbər verir ki, şagird topluluqlarının çağırışı ilə yüzlərlə etirazçı təhsil sistemində aparılan dəyişikliklərə qarşı nümayiş keçirib.
Onlar Makrona qarşı şüarlar səsləndirib. Onlar nümayişdə təxminən, iki həftə öncə Mantes-la-Joliedəki etirazlarda polisin diz çökdürərək əllərini bağlı halda saxladığı tələbələrə dəstək olaraq bir müddət diz çökərək əlləri bağlı şəkildə qalıblar.
Qeyd edək ki, məktəb şagirdləri artıq iki həftədir “Sarı jiletlilər”in nümayişlərindən ilhamlanaraq küçə etirazları keçirir. Ötən həftə ölkə miqyasında “qara çərşənbə axşamı” nümayişləri təşkil edilib. Etirazlardan dolayı 450 məktəbdə dərslər tamamilə və ya qismən dayandırılıb. Nümüayişlərdə yaranan qarşıdurmalarda 6 dekabra qədər 700-dən çox şagird saxlanılıb.
Bu arada, təxminən bir aya yaxındır ki, “Sarı jiletlilər” üsyanının qarşısını almağa çalışan Fransa polisi də etiraz keçirməyə hazırlaşır. Onlar gündə 23 saat işləmək məcburiyyətində qaldıqlarını dilə gətirirlər. Polislər maaşlarının qaldırılmasını tələb edirlər.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
