Avropa
NATO Rusiyaya qarşı hərəkətə keçir: Amerika raketləri 6 ay sonra...
NATO Çexiyada Amerika raketlərinin yerləşdirilməsi planına qayıda bilər.
Publika.az xəbər verir ki, bu haqda respublikanın müdafiə naziri Lubomir Metnar “Pravo” nəşrinə müsahibəsində bildirib.
Onun fikrincə, bu məsələnin müzakirəsi yarım il sonra başlanacaq. Həmin tarixdə ABŞ və Rusiya arasında Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması üzrə qəti qərar qəbul oluna bilər.
“Ola bilər ki, müqavilənin icrasının dayandırılmasından sonra təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi olacaq. NATO-da bu haqda müzakirələrin başlana biləcəyi istisna etmirəm”, - nazir qeyd edib.
Xatırladaq ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.
Yanvarın 4-də isə NATO-nun baş katibi Yens Stoltenberq bildirdi ki, Rusiya müqaviləyə qayıtmasa, Şimali Atlantik İttifaqı reaksiya verəcək. O, Avropada Amerika raketlərinin yerləşdirilməsinin imkanı haqqında suala cavab verməkdən yayındı, amma göstərdi ki, artıq orada nüvə yükünü daşıya bilən və razılaşmanı pozan Rusiyanın “SSC-8” raketləri var.
Ömər Dağlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




















.jpg)

.jpg)

















.jpg)