Avropa
Avropa İttifaqı şok hesabat açıqladı - Hər il narkotikə 3 milyard avro xərcləyirlər
PKK terror təşkilatı Avropada mütəşəkkil cinayət və narkotik qaçaqmalçılığında iştirak edir.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının 2019-cu il üzrə Narkotik Bazar Hesabatında deyilir.
Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) və Avropol tərəfindən hazırlanan hesabatda hər il avropalıların narkotik maddələrə pərakəndə səviyyədə ən az 30 milyard avro xərclədiyi bildirilib. Qeyd olunub ki, bu durum narkotik bazarını Avropa İttifaqındakı mütəşəkkil cinayətkar təşkilatlar üçün əhəmiyyətli gəlir qaynağına çevirir.
Həmçinin, hesabatda 2002-ci ildən bəri Avropa İttifaqının terror təşkilatları siyahısında yer alan PKK-nın ittifaqda mütəşəkkil cinayət və narkotik ticarəti ilə məşğul olduğu vurğulanıb.
Daha əvvəlki hesabatda PKK-nın narkotikdən illik 1,5 - 3 milyard avro gəlir əldə etdiyi bildirilmişdi. Uşaqları və gəncləri narkotik bataqlığına sürükləyən terror təşkilatı qazandığı pulla silah alır.
Balkan yarımadasının heroin maddəsinin Avropaya keçirilməsində əsas istiqamət olduğunu bildirən sənəddə “bu səbəbdən Türkiyə heroinin Avropa İttifaqı bazarına çatdırılmasının qarşısını almaqda böyük əhəmiyyətə sahibdir” sözləri vurğulanıb.
Zümrüd
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


