Avropa
Krallıq parçalanır - Avropada çat səsləri
Böyük Britaniya Avropa İttifaqından ayrılmaq prosesində ikən krallığın 4 ana ünsüründən biri olan (digərləri Şimali İrlandiya, Uels və İngiltərədir) Şotlandiyada güclü şəkildə müstəqillik səsləri yüksəlməyə başlayıb.
Publika.az xəbər verir ki, 2016-cı ildə Avropa İttifaqında qalmaqdan yana səs verən Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilməsi məsələsində gedərək artan iradənin meydana gəlməsi bazarlar üçün siyasi və iqtisadi risk kimi önə çıxır.
Şotlandiyada 2014-cü ildə keçirilən müstəqillik referendumunda seçicilərin 55%-i krallığın tərkibində qalmağı istəmiş, lakin Britaniya hökuməti referendum kampaniyasında Şotlandiyanın müstəqilliyi seçməsi təqdirində, Aİ üzvlüyünü itirəcəyi təhdidini önə sürmüşdü. “Breksit”dən sonra durumun dəyişdiyini bildirən Şotlandiya Baş naziri Nikola Sturgeon ötən ay mərkəzi hökumətə ölkədə ikinci müstəqillik referendumunun keçirilməsi üçün regional hökumətə səlahiyyət verməsi çağırışını etmişdi. Baş nazir Boris Conson isə 2014-cü il seçkilərini xatırladaraq, bu çağırışı qəbul etməmişdi.
Mərkəzi Londonda yerləşən “Qlobal Məsləhətçi” şirkətinin rəhbəri Qreqor İrvin Şotlandiyanın müstəqillik referendumunun krallıq üçün gedərək yaxınlaşan problem olduğunu deyib. Qarşıdakı 2 il ərzində isə zirvəyə çatacağını vurğulayıb.
Şotlandiyanın ikinci referendumla müstəqil olması təqdirində, qarşısına çıxacaq əngəldən biri büdcə kəsiridir. Ötən il Böyük Britaniyanın büdcə kəsiri 1,1% olub. Şotlandiyada isə bu göstərici 7,2% səviyyəsindədir. Müstəqil olsa, təcili maliyyə mənbəyi axtarmalı olacaq.
Şotlandiyanın referendum qərarının önündəki ən böyük maneə yeni seçki keçirmək üçün 1998-ci il tarixli Şotlandiya Qanununun 30-cu maddəsinə görə, Britaniya parlamentindən icazə alması məcburiyyətidir. Mühafizəkarlar Partiyasının üstünlük təşkil etdiyi parlamentdə isə bu icazənin verilməsi mümkünsüzdür.
Lakin əks təqdirdə şotlandlar məhkəməyə gedə və icazəsiz referendum keçirə bilərlər.
Özünəməxsus mədəniyyəti ilə yanaşı, Şimal dənizində neft yataqları, viskisi, tekstili, təyyarə motorları, bankçılıq və maliyyə xidmətləri ilə diqqət çəkən Şotlandiya bu təşəbbüsdə uğurlu olmasa belə, tarixinə nəzər saldıqda, qərarından dönəcəyini demək olmaz.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
