Avropa
Koronavirusun ən çox zərər vurduğu ölkədən RADİKAL QƏRARLAR: 4 milyon insan...
Koronavirusun ən çox can aldığı Avropa ölkəsi olan İtaliya pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yeni addımlar atıb.
Publika.az xəbər verir ki, kəskin məhdudiyyətlər bu gündən etibarən mərhələli şəkildə yumşaldılmağa başlanıb.
Baş nazir Cüzeppe Kontenin “virusla birlikdə yaşanılacaq dövr” adlandırdığı planın ikinci hissəsi çərçivəsində inşaat, emal və topdan ticarət sektorlarındakı 4 milyon insan işə başlayıb. İcazə vərəqəsi ilə küçəyə çıxma qaydası qüvvədə saxlanılsa da, əhali evindən kənarda, toplu şəkildə idman edə biləcək. Qapalı məkanlarda, mağazalarda və ictimai nəqliyyatda maska taxmaq məcburiyyəti olacaq.
Paytaxt Romada kafe və barların çatdırılma xidməti açılacaq, velosipedlə hərəkət sərbəst olacaq.
Böyük şəhərlərdə sərnişin avtobusları yarı potensialla işinə davam edəcək. Avtobus və metrolarda sosial məsafənin qorunması üçün oturacaqlara işarələr vurulacaq.
Yerli mətbuatın xəbərinə görə, ölkənin ikinci böyük şəhəri olan Milanda park və bağlar açılıb.
Qeyd edək ki, İtaliyada məhdudiyyətlərin yumşaldılmasına dair qərar baş nazir tərəfindən 26 apreldə imzalanmışdı.
Son rəqəmlərə görə, bu ölkədə 210 min 717 nəfər koronavirusa yoluxub, 28 min 884 nəfər ölüb.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
