Avropa
Barselona və Madrid dünyanın ən cəlbedici şəhərləri sırasında
Barselona və Madrid dünyanın yaşamaq və işləmək üçün ən cəlbedici şəhərləri sırasına daxil edilib.
Publika.az xəbər verir ki, Barselona Şəhər Şurası, “Resonance Consultancy” şirkəti tərəfindən hazırlanan “2021-ci ildə dünyanın ən yaxşı şəhərləri” hesabatını dərc edib. Hesabata əsasən, Barselona səkkizinci, Madrid isə onuncu sırada qərarlaşıb.
“Resonance Consultancy” qlobal etalon göstəricilərdən biri hesab olunur, əsas statistik məlumatları və istifadəçilər tərəfindən hazırlanan icmalları, həmçinin “Google”, “Facebook” və “Instagram” kimi sosial şəbəkələrdəki onlayn fəallığı təhlil edir.
“Eu-Starts-Up 2020”nin apardığı araşdırmaya görə, Kataloniyanın paytaxtı dünyada yaşanan böhrana baxmayaraq, eyni zamanda "start-up" lar üçün Avropa bazalarından biridir. “Financial Times” qrupuna daxil olan FDI “Intelligence” jurnalının illik hesabatında, Barselona inkişaf etmiş texnologiya sektoru baxımından şəhərlərin sıralamasında Londondan sonra ikinci yeri tutdu.
Hazırki vəziyyətə baxmayaraq, Barcelona, bu hesabata görə, “Mobile World Congress” və “Smart City Expo” kimi əsas qlobal texnoloji tədbirlərin keçirildiyi məkana çevrildi.
Hesabata görə, İspaniyanın paytaxtı mədəni zənginliyi və muzeyləri ilə seçilir. Şəhər dünyanın “Ən yaxşı gecə həyatı” siyahısında 6-cı yeri tutaraq, gəzinti və yemək üçün möhtəşəm infrastruktura malikdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
