Avropa
Öskürdüyü üçün həbs cəzası verildi
Danimarka Ali Məhkəməsi 2 polis məmurunun yanında öskürdüyünə görə vətəndaşa 4 ay həbs cəzası verib.
Publika.az-ın məlumatına görə, hadisə koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin sərtləşdirilməsi dövründə qeydə alınıb.
Mühakimə edilən vətəndaş COVID-19 xəstəsi olmadığı ortaya çıxdıqdan sonra əvvəlcə yerli məhkəmədə bəraət alıb. Daha sonra Qərbi Danimarka Ali Məhkəməsi tərəfindən mühakimə olunub. Ali Məhkəməyə verilən müraciətdə prokurorluq 3 aydan 5 aya qədər həbs cəzası istəyib.
Ötən ildən bəri Danimarkada koronavirus böhranından sonra xalqın hökumətə olan inamının azalmasını əks etdirən digər oxşar hadisələr tez-tez olur. Bənzər hadisələr İngiltərə, ABŞ və Kanadada da qeydə alınır.
İngiltərə və Uels polis qüvvələri ötən ilin aprel ayında məmurların üzünə həftədə 200 tüpürmə və ya öskürək hadisəsi olduğunu qeydə alıb.
Zümrüd
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)