Avropa
Fransanın əməlləri toz buludu ilə ÜSTÜNƏ GƏLİR
Səhra çölündən fevralın əvvəllərindən Fransaya gedən toz buludu 1960-cı ildə Səhrada Fransa tərəfindən reallaşdırılan nüvə sınağından qalan sezium-137 (Caesium 137) radyoaktif qalıqlarını ölkəyə gətirir.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toz buludu bir çox Fransa şəhərini sarıya boyayıb və radyoaktif qalıqları da özü ilə yayıb.
Fransa alimləri toz buludunun Yura (Jura) dağlarında radyoaktif qalıqlar buraxdığını bildirib. Məlumata görə, "sezium-137" kimyəvi elementi ötən əsrin 60-cı illərinin əvvəllərində Fransanın Səhra çölündə apardığı nüvə sınağından qalıb.
Toz buludu qalıqları Kan Universitetində radiologiya mütəxəssisi Pyer Barbi tərəfindən araşdırılıb. Səhra çölündən gedən toz dumanı qumlarında apardıqları araşdırma nəticəsində "sezium-137" elementini müəyyən etdiklərini açıqlayan Barbi eyni həmin maddənin 2011-ci ildə Yaponiyanın Fukuşima şəhərində meydana gələn nüvə stansiya qəzasında da atmosferə yayıldığını söyləyib.
Qeyd edək ki, Fransa Səhra çölündə ilk dəfə 13 fevral 1960-cı ildə nüvə sınağı keçirib. Daha sonra bir çox nüvə sınaqları reallaşdırıb.
20-ci əsrin 60-cı illərində Fransanın atom sınaqları Hirosima partlayışından 3-4 dəfə aqatı olub. Xüsusilə Əl-Cəzairdə radioaktivlik həm xalqın sağlamlığına təsir edib, həm də bölgədə çirklilik yaradıb ki, bu, hələ də davam edir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)