Avropa
Avropada 18 mindən çox qaçqın uşaq itkin düşüb
Avropaya pənah gətirən 18 mindən çox yetkinlik yaşına çatmayan miqrantların itkin düşdüyü və əksəriyyətinin cinayətkar qruplaşmaların əlinə keçdiyi açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Belçikanın "De Standaard" və "Knack" qəzetlərinin "Lost in Europe" araşdırmaçı jurnalistika təşkilatı ilə birgə apardığı araşdırmanın nəticəsində qeyd edilib.
Məlumata görə, 2018-ci ildən bəri Avropaya yaxınları olmadan gələn 18 min 292 uşaqdan heç bir xəbər yoxdur. Bu uşaqların mütəşəkkil cinayətkar qruplar tərəfindən istismar edildiyi və ya işləməyə məcbur edildiyi ehtimal edilir.
Uşaqların çoxunun Mərakeş, Əlcəzair, Eritreya, Qvineya və Əfqanıstandan gəldikləri bildirilir. Rumıniya və Fransa kimi bəzi ölkələrdə bu sayın yoxa çıxma halları qeydə alınmadığı üçün bu rəqəmin indi qeyd ediləndən daha çox ola biləcəyi ehtimal olunur.
Bununla yanaşı, son bir ildə COVID-19 səbəbiylə immiqrasiyanın azaldığı, bu səbəbdən itkin uşaq sayının da əvvəlki illərə nisbətən azaldığı bildirilib.
Araşdırmaya görə Avropa ölkələrinin qeydiyyatda istifadə etdiyi metodlar bir-biri ilə uyğun gəlmir. Bu səbəbdən məlumatların etibarlı olmadığı ifadə edilib. Belə çıxır ki, bəzi hallarda uşaqlar yetkin, bəzi böyüklər uşaq kimi qeydiyyata alınır. Bəzi uşaqların Avropa daxilində ölkələrini dəyişdirdikləri, getdikləri ölkədə itkin düşdükləri və bununla da bir neçə dəfə itkin düşmüş kimi qeyd edildikləri açıqlanıb.
Avropa İttifaqı Komissiyasının daxili işlərdən məsul üzvü İlva Yuxansson uşaqların itkin düşməsindən çox narahat olduqlarını söyləyib, ancaq Aİ Komissiyasının məsuliyyəti üzv dövlətlərin üzərinə qoyduğunu bildirib.
Avropa polis təşkilatı "Europol" isə 2016-cı ildə azı 10 min qaçqın uşağın itkin olduğu ilə bağlı hesabat yayıb.
Akqabay
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu

























.jpg)







.jpg)


