Avropa
20-ci əsrin ilk soyqırımı - Almaniya ETİRAF ETDİ
Almaniya müstəmləkə işğalı dövründə Namibiyada soyqırım törətdiyini qəbul edib və bu ölkədəki layihələrə yardım üçün 1 milyard avrodan çox maliyyə dəstəyi verəcəyinə söz verib.
Publika.az xəbər verir ki, Almaniyanın müstəmləkəçilik dövründə 1904-1908-ci illər arasında on minlərlə yerli Herero və Nama xalqının qətliamı tarixçilər tərəfindən "20-ci əsrin ilk soyqırımı" olaraq qəbul edilib.
Bu vəziyyət Almaniya ilə Namibiya arasındakı münasibətlərdə illərdir ən böyük problem olaraq ortaya çıxırdı. Almaniya rəhbərliyi bu ölkədə soyqırımı törətdiklərini etiraf etsələr də, təzminat ödəməkdən imtina edirdilər.
Almaniya Xarici İşlər naziri Hayko Maas açıqlamasında bildirib ki, baş verən hadisələrə bugünkü nöqteyi-nəzərdən baxdıqda soyqırım kimi görürük.
H.Maas Namibiya rəhbərliyi ilə 1884-1915-ci illər arasında Berlinin nəzarəti altında olan ərazilərdə baş verən hadisələrlə əlaqədar beş illik danışıqlardan sonra əldə olunan razılıqdan məmnun olduqlarını ifadə edib.
Tarixi və mənəvi məsuliyyət anlayışı ilə Almaniyanın Namibiyadan və öldürülənlərin yaxınlarından üzr istədiyini söyləyən Maas 1,1 milyard avroluq maliyyə yardımı ilə ölkənin inkişafına və yenidən qurulmasına dəstək olacaqlarını qeyd edib.
Maas əlavə edib ki, bu yardım təzminat üçün mümkün hüquqi yolu açmayacaq. Almaniya hökumətindən olan mənbələr bu yardımın 30 il müddətinə gerçəkləşəcəyini bildirblər.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
