Avropa
Belqradda GÜCLÜ PARTLAYIŞ: ölənlər və yaralananlar var
Belqrad yaxınlığındakı Buban Potok bölgəsində raket yanacağı zavodunda bir neçə şiddətli partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Bildirilir ki, şahidlər üç-dörd güclü partlayış səsi eşidiblər. Həmin vaxt yer hiss olunacaq dərəcədə titrəyib. Qəzetin məlumatına görə, partlayışlar dolu əleyhinə raketlər üçün yanacaq istehsal edən "EDePro" zavodunda baş verib.
İstifadəçilər sosial şəbəkələrdə ətrafa nəhəng tüstü buludlarının qalxdığı fotolar paylaşıblar.
Hadisə yerinə yanğınsöndürənlərin və polisin getdiyi bildirilir.
Zavodunda 100-ə yaxın işçinin növbə ilə çalışdığı bildirilib.
Partlayışlar nəticəsində 2 nəfərin öldüyü, 15-ə yaxın insanın yaralandığı bildirilir. Hadisə təxminən saat 14:00-da baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər və polis gəlib. Hadisə yerinə gedən yollar bağlanıb.
Digər məlumata görə, partlayışlar səbəbindən müəssisənin dayanacağında olan avtomobillər yanıb. Hadisə yerində 40-a yaxın yanğınsöndürən işləyir.
Hüseyn
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat












.jpg)





















