Avropa
Yüzlərlə fransız diplomat Makronun əleyhinə AYAĞA QALXDI
Fransanın xarici nümayəndəliklərindəki 800 yüksək vəzifəli məmur ölkə prezidenti Emmanuel Makronun siyasətindən narahatdır.
Publika.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Bildirilib ki, Fransa Xarici İşlər Nazirliyinin nəzdində iki bölmənin ləğvi ilə diplomatlar öz vəzifələrini tamamilə tərk etməyə hazırlaşırlar.
E.Makron ötən ilin aprelində ali dövlət xidmətlərinin yenidən təşkili ilə bağlı qərar imzalayıb və Fransanın xarici işlər üzrə məşvərət və səlahiyyətli departamentlərinin 2023-cü ildə bağlanacağını açıqlayıb.
Oktyabr ayında bu yüksək səviyyəli məmurların yeni yerə təyin ediləcəyi bildirilib. Sözügedən kadrlara nazirliklər arasında keçid imkanı verilsə də, əvvəlki vəzifələrini itirəcək diplomatlar qərara sərt reaksiya göstərirlər.
Noyabr ayında “Le Monde” qəzeti vasitəsilə açıq məktub dərc edən 150 diplomat, "Əgər biz diplomat təyin olunsaq, bu, xaricdə işləmək üçündür. Bir gün özümüzü Maliyyə Nazirliyində və ya Daxili İşlər Nazirliyində tapmaq üçün deyil" - deyə qeyd ediblər.
Akqabay
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)