Avropa
Avropanı son 60 ilin ən sərt qışı gözləyir - Nazir müavini həyəcan təbili çaldı
Qarşıdan gələn qış bütün Avropa üçün son 60 ilin ən çətin qışı ola bilər.
Publika.az xəbər verir ki, bunu Rumıniyanın Baş nazirinin müavini Kelemen Hunor B1TV kanalının efirində bildirib.
“Rusiyaya qarşı sanksiyaların əvəzini ilk növbədə biz, Avropa İttifaqı ödəyəcəyik. Bu, ağır qış olacaq, ola bilsin son 40-50-60 ilin ən sərt qışı olacaq. Təəssüf ki, bütün Avropa üçün...”
Siyasətçinin sözlərinə görə, ölkə hökuməti Rumıniyanın qaz bazarındakı tələbatının təxminən 80%-ni təmin edə biləcək, bazardan 2 milyard kubmetrə yaxın qazın alınması planlaşdırılır.
O, Ukrayna ərazisindəki münaqişənin hamının düşündüyündən daha uzun sürəcəyini və bunun da Avropa İttifaqına təsir edəcəyini, lakin başqa təsir rıçaqları olmadığından hələ də sanksiyaların tətbiqinə ehtiyac olduğunu vurğulayıb.
Avropaya qaz nəqlinin azalması fevralın 24-dən, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlayıb.
Rusiyaya tətbiq edilən sanksiyalar və əks-sanksiyalar Yamal-Avropa qaz kəməri (gücü - ildə 32,9 milyard kubmetr) ilə qaz axınının dayanmasına səbəb olub. Mayın əvvəlindən Ukrayna “Qazprom”un “LXR” və “DXR” ərazisindən tranzitlə bağlı müraciətlərini rədd edir.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)





















.jpg)

.jpg)