Avropa
Zelenski MÜJDƏ VERDİ: "Gələn həftə bütün cəbhələrdə..."
"Gələn həftə, iyulun 28-də Ukrayna ilk dəfə Dövlətçilik Gününü qeyd edəcək - bu gün müasir ukraynalıların bir çox əvvəlki nəsillərlə əlaqəsini təsdiq etməlidir".
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı apardığı genişmiqyaslı müharibənin 151-ci günündən sonra ukraynalılara müraciətində deyib.
"Ukraynalıların min ildən çox dövlət quruculuğu təcrübəsi, mədəniyyətimiz, kimliyimiz, Ukraynaya xas xarakterimiz var. İndi biz əsgərlərimizin bir çox şücaətlərində, döyüşlərdə xalqımızın müdrikliyində, hətta sadə ukraynalıların söhbətlərində belə, eyni şücaət, həyata, Ukraynaya, düşmənə münasibətin nümunələrini görürük", - prezident bildirib.
Dövlət başçısı ukraynalıları birliyi qorumağa və qələbə üçün birgə çalışmağa çağırıb:
"Ukraynalılar heç vaxt müstəqilliklərindən əl çəkməyəcəklər. Onlar içəridən qırılmayacaqlar. Bu dəfə yox! Ona görə də biz rahatlaşmırıq və beş aydır hər gün olduğu kimi, düşmənə mümkün qədər böyük itkilər vermək və Ukraynaya mümkün qədər çox dəstək toplamaq üçün hər şeyi edirik".
Zelenski deyib ki, gələn həftə Ukraynanın cəbhədə, diplomatiyada və iqtisadiyyatda mövqelərinin daha da irəliləməsi olacaq.
Hüseyn İbadlı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)