Avropa
Macarıstanda növbəti ümumtürk qurultayının açılışı keçirildi - FOTO
Macarıstanda Kişkunşaq milli parkının ərazisində (Buqatsda) türk xalqlarının növbəti beynəlxalq Qurultayı keçirilib. Macarıstan çölünü qılınc səsləri, ox vıyıltısı, atların tappıltısı və çoban qamçılarının şaqqıltısı bürüyüb. Keçmişdə olduğu kimi, qədim musiqi aləti – şan-qopuzun və şaman dəflərinin səsi ətrafa yayılıb.
Publika.az xəbər verir ki, bu il Qurultayda ev sahibləri ilə yanaşı, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstandan olan nümayəndə heyətləri də iştirak edib. Açılış mərasimində Macarıstan parlamentinin spikeri Laslo Köver, Türkiyənin sabiq Baş naziri və Böyük Millət Məclisinin sabiq spikeri Binəli Yıldırım, Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Əzəmət Jamankulov və digər ali qonaqlar çıxış ediblər.
Beynəlxalq Qurultay festivalı iki ildə bir dəfə keçirilir. Qurultaya Avropanın hər yerindən turistlər gəlir. Bu il Qurultayın 14 yaşı tamam olur. Ötən illərdə olduğu kimi bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınıb. Bu böyük tədbirə teatrlaşdırılmış şou-proqramlar, musiqi tamaşaları, arxeoloji-antropoloji sərgilər, sənətkarların yarmarkası daxildir.
Avropanın mərkəzində yüzdən artıq alaçığı görmək həm çox maraqlı, həm də qeyri-adidir. Belə yarmarkalarda ənənəvi suvenirlər, eləcə də orta əsrlərə aid silah-sursat və yaraq-əsləhə almaq mümkündür.
Tədbirin keçirilməsindən əsas məqsəd türk dünyası təmsilçilərinin birləşməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir.
Qurultay “Turan-Macarıstan” fondunun təşkilati dəstəyi ilə keçirilir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)





















.jpg)

.jpg)