Avropa
Ruslar Donbasda bir neçə istiqamətdə hücuma keçdi
"Rusiya qoşunları Luqansk və Donetsk vilayətlərini ələ keçirmək niyyətlərindən əl çəkmirlər. Hazırda bu rayonların sərhədindəki 4 yaşayış məntəqəsi yaxınlığında döyüşlər gedir".
Publika.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Luqansk vilayətinin rəhbəri Sergey Qayday məlumat verib.
O qeyd edib ki, cəbhədə gündə bir neçə dəfə ruslar müxtəlif istiqamətlərdən eyni vaxtda hücuma keçirlər:
"Dünən düşmən bu və digər istiqamətlərdə hücum təşkil etdi, bir neçə yüz metr irəliləməyə çalışdı, lakin döyüşçülərimiz onlara sərt cavab verdilər. Gecə ruslar niyyətlərini təzələdilər. Ukraynalı müdafiəçilər cəbhə xətti möhkəm tuturlar".
Onun sözlərinə görə, avqustun 19-da Ukrayna Silahlı Qüvvələri cəbhənin Ukrayna sektoruna düşmənin 7 hücumunu dəf edib, heç bir sıçrayışa imkan verməyib.
"Həmçinin, ruslar iki dəfə havadan hücuma keçib, yaşayış məntəqələrini və istehkamlarımızı beş raket atəşinə tutub, dörd dəfə tank bölmələri döyüşə çıxıb. Düşmənin top və raket artilleriyasının atəşi dayanmır. Təkcə ötən gecə o, bu silahla 12 dəfə atəş açmağa cəhd edib", - Qaydaiy əlavə edib.
Hüseyn İbadlı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)