Avropa
Liz Trass: Böyük Britaniya Kiyevə yardımı davam etdirəcək
Bu münaqişədə Ukrayna qalib gələnə qədər Böyük Britaniya Kiyevə yardımı davam etdirəcək, Moskvanı isə heç kim təhdid eləmir.
Publika.az xarici media seqmentlərinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Liz Trass bu sözləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı zamanı söyləyib.
“Biz Ukrayna qalib gələnə qədər dayanmayacağıq. Müharibənin həlledici məqamında Ukraynaya lazımı dəstəyimizi, hərbi yardımımızı artıracağıq. Rusiyaya qarşı beynəlxalq alyans çox güclü olsa da, Moskvanı heç kim təhdid etmir”, - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, Böyük Britaniya 2030-cu ilədək ümumdaxili məhsulunun 3 faizini müdafiə sahəsinə xərcləməyi və təhlükəsizliyin təminatçılarından biri kimi Avropadakı mövqeyini qorumağı planlaşdırır.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)




















.jpg)

.jpg)