Avropa
Orbanın jesti Buxaresti qəzəbləndirdi: Baş nazir taxdığı şərflə hansı mesajı verir? - FOTO
Rumıniya Xarici İşlər Nazirliyi Macarıstanın Buxarestdəki səfirinə Macarıstanın Baş naziri Viktor Orbanın futbol matçında geyindiyi aksessuara görə kəskin etirazını bildirib.
Publika.az xəbər verir ki, müvafiq bəyanat Rumıniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Bildirilir ki, Orban ölkəsinin və Yunanıstan milli komandalarının oyununa üzərində “Böyük Macarıstan”ın (müasir Rumıniyanın bir hissəsi 1918-ci ilədək “Böyük Macarıstan”a daxil idi) xəritəsinin təsviri olan şərfdə gəlib. Onun davranışı Buxaresti qəzəbləndirib.
“Xarici İşlər Nazirliyi Macarıstanın Buxarestdəki səfirinə Rumıniya xarici işlər nazirinin Budapeştdə apardığı son məsləhətləşmələrlə bağlı nümayiş etdirilən açıqlıq və ikitərəfli dialoqun bərpası atmosferinə aşkar şəkildə zidd olan jestə qəti şəkildə etirazını çatdırıb”, - deyə nazirliyin saytında qeyd olunub.
Rumıniya Xarici İşlər Nazirliyi vurğulayıb ki, revizionizmin hər hansı təzahürü qəbuledilməzdir, çünki bu, müasir reallıqlara və iki ölkənin ikitərəfli münasibətlərin qurulması üçün götürdüyü öhdəliklərə ziddir. Nazirlik xatırladıb ki, bu münasibətlər Rumıniya ilə Macarıstan arasında 1996-cı ildə imzalanmış Qarşılıqlı anlaşma, əməkdaşlıq və mehriban qonşuluq haqqında Müqavilə və artıq 20 yaşı olan Strateji Tərəfdaşlıq Müqaviləsi ilə tənzimlənir.
Qeyd edək ki, bu ilin iyulunda Rumıniyanın xarici işlər naziri Boqdan Adresku Orbanın sözlərini pisləyərək Buxarestin Avropa həmrəyliyi və Ukraynaya dəstək barədə Budapeştin fikirlərini bölüşmədiyini bildirib.
Səxavət
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı
-
Sosial11:56Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər
-
Nida Xəbər 11:26Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
-
İdman11:12Xameneidən tələb edirlər: Buna icazə verir - Tehranda nə baş verir?







































