Avropa
İngiltərə bu ölkənin müstəqil olmasına icazə vermədi
Böyük Britaniyanın Ali Məhkəməsi Şotlandiyanın rəsmi Londonun icazəsi olmadan müstəqillik haqda referendum keçirməsinə icazə verməyib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Ali Məhkəmə Şotlandiya parlamentinin “Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçirmək üçün qanunvericilik səlahiyyətinin olmadığı” haqda qərar çıxarıb. Britaniya hökuməti bu məsələnin 2014-cü ildəki referendumda həll edildiyini, Şotlandiya seçicilərinin müstəqilliyi rədd etdiyini açıqlayıb.
Qeyd edək ki, “Ekspress” qəzeti kraliça II Yelizavetanın ölümündən sonra Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasını dəstəkləyənlərin sayının 49 faizdən 42 faizə düşdüyünü yazıb.
2014-cü ildə keçirilən referendumda şotlandların 55 faizi Britaniya ilə ittifaqın saxlanılmasının tərəfdarı kimi çıxış edib. Lakin Şotlandiya Milli Partiyası Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra ikinci səsvermənin keçirilməsində israr edir.
Asif
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)





















.jpg)

.jpg)