Avropa
Putin Krım körpüsünü belə yoxladı - VİDEO
Rusiya prezidenti Vladimir Putin idarə etdiyi avtomobillə təmir olunan Krım körpüsünün üstündən keçib.
Publika.az xəbər verir ki, dövlət başçısı əraziyə baş nazirin müavini Marat Xusnullinin müşayiəti ilə səfər edib.
Xusnullin, nəqliyyat obyektinin bərpası barədə Rusiya liderinə məruzə edib. Putin inşaatçılarla da söhbət edib və maşının sükanı arxasına əyləşərək, görülən işlərin keyfiyyətini şəxsən yoxlayıb.
Xusnullinin sözlərinə görə, 500-ə yaxın mütəxəssis gecə-gündüz körpünü təmir edib. İşçilər bir neçə barja və 20-dən çox maşından istifadə ediblər. Konstruksiyanı bərpa etmək üçün 1200 tondan çox metal konstruksiyadan istifadə olunub.
Xatırladaq ki, bu gün Krım körpüsünün təmir edilmiş cinahı boyunca nəqliyyatın hərəkətinə icazə verilib. Bərpa bir ay yarım çəkib. Qarşıdakı altı ay ərzində dəmir yolu xəttinin qaydaya salınması nəzərdə tutulur.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































