Avropa
Vuçiçdən KRİTİK QƏRAR: maaş 3 min avro olacaq, oğlanlar və qızlar...
Bu il ordunun gücləndirilməsi və sayının artırılması Serbiya üçün prioritet məsələlərdən biridir. Xüsusilə, hərbi xüsusi təyinatlıların sayını artırmağı və maaşlarını qaldırmağı planlaşdırırlar.
Bu barədə Publika.az "Blic"ə istinadla xəbər verir.
Serbiya prezidenti Aleksandr Vuçiç qeyd edib ki, ötən il Serbiya ordusuna külli miqdarda vəsait yatırılıb və bu, gələcəkdə də davam edəcək.
O, ordunun gücləndirilməsində əsas məqsədi xüsusi təyinatlıların sayının artırılmasında görür. Xüsusən, onların sayının 1600 nəfərdən 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, onlar maaşların köməyi ilə hərbçiləri xidmətə təşviq etməyi planlaşdırılır.
"Maaş böyük olacaq. Əsas əmək haqqı 2000 avrodan çox olacaq və siz bilirsiniz ki, bura nə daxildir - rüsum, gecə növbələri, əlavə iş və başqa hər şey. Beləliklə, demək olar ki, 3000 avro olacaq", - Vuçiç bildirib.
O, oğlan və qızları müraciət etməyə dəvət edib və tezliklə hərbçilərin seçimi ilə bağlı müsabiqənin keçiriləcəyini bildirib.
Bu yeniliklər Serbiya ilə Kosovo arasında sərhədin bu yaxınlarda kəskinləşməsi fonunda tətbiq edilib.
Xatırladaq ki, bir müddət əvvəl Kosovonun ilə sərhəddəki Yarini nəzarət-buraxılış məntəqəsi yaxınlığında aksiya keçirən serb hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.
Bir neçə gün sonra Serbiya prezidentinin etirazçılara barrikadaların sökülməsi tələbi ilə müraciətindən sonra münaqişə həll olunub.
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO

































