Avropa
Litvada qaz kəmərinin partlaması nəticəsidə baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Litvanın Pasvalski rayonunda qaz kəmərinin partlaması nəticəsində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Publika.az xəbər verir ki, bu barədə Litvanın qaz şəbəkəsi operatoru "Amber Grid" müəssisəsi məlumat yayıb.
"Dörd saat davam edən mübarizədən sonra yanğın söndürülüb", - deyə məlumatda deyilir.
İlkin məlumata görə, təxribat faktının olması ehtimalı azdır. Bu ərazidə paralel olaraq iki qaz kəməri xətti keçir və bu xətt vasitəsilə Litvanın şimal hissəsinə qaz verilir. Onların vasitəsilə Latviyaya da qaz tədarük olunur. İkinci xətt partlayış nəticəsində zədələnməyib. İstehlakçıların qaz təchizatında heç bir fasilə yaranmayıb.
xxx
22:36 - 13.01.23
Litvanın Pasvalı bölgəsində qaz kəmərində partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə LTR nəşri kəndlərdən birinin sakinlərinin təxliyəsi barədə məlumat yayıb.
"Pasvalski rayonunun Venkemia qəsəbəsinin Pasvalis kəndində Coniskelis küçəsində qaz kəməri partlayıb", - nəşr yazır.
Qaz kəmərinin üzərindəki alovun hündürlüyünün 50 metrə yaxın olduğu dəqiqləşdirilir. İndi Şyaulyai - Pakruojis - Pasvalis avtomobil yolu bağlanıb. Dolama yol boyu avtomobillərin hərəkəti təşkil edilir.
Yanğınsöndürənlər hadisə yerindədir və 3 polis qrupu da xidmətdədir.
Ölənlər barədə məlumat yoxdur.
Hüseyn İbadlı
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)