Avropa
Avropa İttifaqı İrana qarşı sanksiyaları nəzərdən keçirir
Aİ Komissiyasının ədalət məsələləri üzrə məsul üzvü Didier Reynders bildirib ki, Aİ-nin İranda insan haqları pozuntularına qarşı, o cümlədən İnqilab Keşikçiləri Ordusunu hədəf alan yeni sanksiyaları nəzərdən keçirilir və bütün variantlar müzakirə edilir.
Publika.az xəbər verir ki, Raynders Aİ-nin keçmiş müdafiə nazirinin müavini, ikili İran-Britaniya vətəndaşı Əli Rza Əkbərinin Böyük Britaniya adına casusluq ittihamı ilə edam edilməsini bir daha pislədiyini bildirib: “İrandakı daxili vəziyyət böyük narahatlıq mənbəyi olmaqda davam edir”, - o deyib.
“Sizi əmin edə bilərəm ki, Aİ-nin İrandakı hadisələrə cavab verməsi üçün bütün variantlar masadadır”, - Reynders bildirib.
Avropa Şurasının İran İnqilab Keşikçiləri Ordusunu hədəf almaq da daxil olmaqla yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirdiyini bildirən Reynders, həmçinin bütün kommunikasiya kanalları vasitəsilə İran hakimiyyəti ilə dialoq qurmağa davam etdiklərini açıqlayıb.
Reynders İranda “casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı” ittihamları ilə mühakimə olunan və 40 il müddətinə azadlıqdan məhrum edilən Belçika vətəndaşının ekstradisiyası məsələsinə də toxunub və bu məsələdə üzv dövlətlərlə əməkdaşlıq etdikləri barəsində də danışıb.
Reynders İranda həbsdə olan Aİ vətəndaşlarını dəstəkləməyə davam edəcəklərini bildirib: “Avropa İttifaqı vətəndaşlarının özbaşına saxlanması hallarının narahatedici və qəbuledilməz artmasına hər fürsətdə İran hakimiyyətinə münasibətimizi bildiririk”.
Xatırladaq ki, Aİ sonuncu dəfə 2022-ci il dekabrın 12-də İranda ümumilikdə 24 nəfər və 5 təşkilatı sanksiya siyahısına saldığını açıqlayıb. Aİ vətəndaşları və şirkətlərinə isə onları maliyyələşdirmək qadağandır. Onların Aİ ərazisinə daxil olması və keçməsi də qadağan edilib.
Ayşən
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


