Avropa
Litvada Ukrayna üçün xoş xəbər ELAN EDİLDİ
Ukrayna yeni hərbi yardım paketi çərçivəsində Litvadan iki "Mi-8" helikopteri və "L-70" zenit silahı alacaq.
Bu barədə Publika.az-a Litvanın müdafiə naziri Arvidas Anuşauskas "Twitter" səhifəsində yazıb.
"Bu gün Litvadan Ukrayna üçün xoş xəbərim var. Litvanın Ukraynaya yeni ölümcül dəstəyi paketi onlarla "L-70" zenit silahı, sursat və iki "Mi-8" helikopterindən ibarətdir", - o yazıb.
Onun sözlərinə görə, Ukraynaya hərbi yardım paketinin ümumi məbləği təxminən 125 milyon avro təşkil edəcək.
Xatırladaq ki, bir qədər əvvəl Litvanın Ukraynanı hava hücumundan müdafiə sistemləri və zenit sistemləri ilə təmin etməyi planlaşdırdığı bildirilirdi. Sonradan məlum oldu ki, Ukrayna Litvadan "L70" zenit silahları alacaq.
Bundan əlavə, Litva Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün avadanlıq vermək istəyir.
Hüseyn İbadlı
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)