Avropa
Fransada yeni pensiya islahatına qarşı tətillər davam edir
Fransanın bir sıra regionlarında bir neçə şirkətin neft emalı zavodlarında tətillər davam edir.
Publika.az xəbər verir ki, nümayişçilər pensiya yaşının artırılmasının əleyhinədir. Bu barədə yerli “Echos” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, "TotalEnergies" neft şirkəti Flandriyadakı anbarında 100% tətilçi olduğunu elan edib.
Bundan əlavə, Normandiyanın ən böyük neft emalı zavodunda işçilərin 80%-i tətildə iştirak etdiklərini bildiriblər. "La Med" bioemal zavodunun işçilərinin daha 60%-i də tətilə çıxıb. "Donges" neft emalı zavodunda işçi qüvvəsinin 50%-i tətilə çıxıb, "Grandpuits" neft zavodunda çalışanların 30%-i də tətil edib.
Qeyd edək ki, yanvarın 19-dan etibarən Fransada pensiya islahatına qarşı kütləvi etirazlar başlayıb. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, ümummilli tətildə 600-800 min nəfər iştirak edəcək. Fransanın böyük şəhərlərində asayişi 10 mindən çox polis qoruyur.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































