Avropa
Estoniya kasset bombalarını Ukraynaya ötürməyi düşünür
Estoniya Ukraynaya kasset bombaları göndərməyi düşünür.
Publika.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Söhbət Almaniyanın "Rheinmetall" silah zavodunda istehsal olunan DM-632 artilleriya mərmilərindən gedir. Nəşrin yazdığına görə, Estoniya anbarlarında minlərlə belə mərmi var. Müdafiə naziri Hanno Pevkur təsdiqləyib ki, keçən həftə hökumətin Ukraynaya göndərdiyi qərara aldığı yeni silahlar arasında 155 mm-lik artilleriya sursatı olub.
“Biz lazım olan müxtəlif icazələri almağa çalışacağıq. Yalnız bundan sonra tədarüklərlə bağlı nə olacağına dair şərh verə biləcəyik”, - Pevkur bildirib.
Kasset bombaları adını fransız “cassette” – “yeşik” sözündən götürüb və bu, sursatın tipini müəyyən edən əsas detaldır. Burada 1 bombanın - kassetin içinə 100, bəzən daha çox kiçik bombacıqlar yerləşdirilir, partlayış anında bombanın dağıdıcı, məhvedici gücü dəfələrlə artmış olur. Kasset bombalarının tank əleyhinə, piyada əleyhinə, yandırıcı və sairə növləri var.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)