Avropa
Məhkəmədən Sarkozi ilə bağlı QƏRAR
Fransanın Ali Məhkəməsi keçmiş prezident Nikolya Sarkozinin barəsindəki 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Məlumata görə, qərar nüfuz ticarəti və istintaqa təzyiq işi üzrə hökmdən şikayət əsasında çıxarılıb. Sarkozi cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.
Məhkəmə, həmçinin, Sarkozini seçkidə namizədliyini irəli sürmək hüququndan məhrum edib.
Keçmiş prezident barəsində olan məhkəmə qərarına "X" hesabında münasibət bildirib.
“Məhkəmənin qərarından şikayət etmək fikrim yoxdur, lakin ədalətsizliyi də qəbul etmək niyyətində deyiləm. Bu işdə həm mənim hüquqlarım, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin tələbləri pozulub. Lakin bu məhkəməyə apellyasiya şikayətim ölkəmə və onun nüfuzuna xələl gətirə bilər. Belə bir məqamda mən sadəcə, hüquqlarımı qorumaq və təqsirsizliyimi sübut etmək istəyirəm. Bu məsələdə son dərəcə qərarlıyam. İnanıram ki, yekunda ədalət qalib gələcək. Belə olduqda isə hər kəs Fransa xalqı qarşısında hesabat verməli olacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, 69 yaşlı siyasətçi respublika tarixində real həbs cəzasına məhkum edilmiş ilk keçmiş prezidentdir.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
