Avropa
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı - Trampın gözlənilməz planı
ABŞ prezidenti Donald Tramp aprelin 20-nə qədər Ukraynada atəşkəs razılaşmasına nail olmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.
Agentlik qeyd edir ki, avropalı rəsmilər Ukraynaya hərbi xərcləri və yardımları artırmaq üçün çalışır: “Avropa İttifaqının bir neçə üzv ölkəsinin lideri Fransa prezidenti Emmanuel Makronla birlikdə bu addımları müzakirə etmək üçün Parisə dəvət olunub. Görüşdə Avropa qoşunlarının Ukrayna göndərilməsi imkanları da müzakirə olunacaq. Lakin Tramp Administrasiyası birmənalı olaraq aprelin 20-nə - Pasxa bayramına qədər Ukraynada atəşkəs əldə etmək niyyətindədir”.
“Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanında keçiriləcək danışıqların tempi iddialı görünsə də, sülhün qısa müddətdə əldə edilməsi qeyri-real görünür.
“Səudiyyədə keçiriləcək danışıqlar sülh prosesini sürətləndirə biləcək. Bu proses fevralın sonunda Trampla Putinin görüşü ilə yekunlaşa bilər. Mənbələrdən biri isə hesab edir ki, Ukraynada razılaşmanın bu ilin sonuna qədər mümkün olacağı daha real görünür”, - agentlik yazır.
Asif
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir


































