Avropa
ABŞ-Ukrayna danışıqları başa çatdı - İkinci raundda nə baş verib?
Amerika və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqları başa çatdırıblar.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Jurnalistlərin fikrincə, tərəflər danışıqların mahiyyətini izah edəcək bəyanat təqdim edəcəklər. Bundan əlavə, görüşün ikinci gününün olmayacağı da qeyd edilib.
Görüş martın 11-də Ər-Riyadda baş tutub. Ukrayna mətbuatı danışıqların birinci raundunun Kiyevin dənizdə və səmada atəşkəslə bağlı təklifinə, eləcə də nadir torpaq mineralları üzrə sazişə həsr olunduğunu yazıb. İkinci raundda müzakirə təhlükəsizlik təminatlarına çevrilib.
Danışıqlar başlamazdan əvvəl Vaşinqton görüşün əsas məqsədini “sülh razılaşması və atəşkəs üçün çərçivə yaratmaq” kimi təsvir edib.
Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə etməyi və Ukrayna tərəfi üçün əlverişsiz şərtlərin tətbiqi cəhdlərinə müqavimət göstərməyi planlaşdırıb.
Hüseyn İbadlı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU























.jpg)











