Avropa
Avropa liderləri Rusiyaya qarşı 5 şərt irəli sürdü
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəl Avropa ölkələrinin liderləri ilə birgə videokonfransda iştirak edib.
Publika.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakirələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib. Almaniya Kansleri Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər.
KİV-lərin yaydığı məlumatlara görə, görüşdə avropalı liderlər Rusiyaya qarşı beş şərt irəli sürüblər.
Bu şərtlər -
Növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması,
Danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin təmin olunması,
Ərazi məsələləri üzrə müzakirələrin yalnız mövcud “təmas xətti” əsasında aparılması,
Rusiya tərəfindən həyata keçirilmiş hər hansı hərbi ilhaqın beynəlxalq-hüquqi baxımdan tanınmaması,
Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri verilməsi və
Qərbin uzunmüddətli hərbi yardımının təmin olunması, eləcə də bütün prosesin Trans-Atlantik çərçivədə vahid strategiyanın tərkib hissəsi olması, irəliləyiş əldə edilmədiyi halda Rusiyaya qarşı təzyiqlərin artırılmasından ibarətdir.
Fridrix Merts görüşlə bağlı açıqlamasında bu mövqenin ABŞ Prezidenti Tramp tərəfindən böyük ölçüdə dəstəkləndiyini və məqsədin avqustun 15-də Alyaskada keçiriləcək Tramp–Putin görüşündə sülh istiqamətində konkret nəticələr əldə etmək olduğunu bildirib.
Ukraynada sülh üçün ümid olduğunu vurğulayan Almaniya Kansleri deyib ki, əgər Alyaskadakı görüşdə Rusiyanın mövqeyində dəyişiklik baş verməsə, ABŞ və Avropa təzyiqi artırmalıdır.
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...



















.jpg)




















